Bu kəndin sakinləri bağları kanalizasiya suyu ilə sulayır

# 13:36
23 may 2023

Xaçmazın Yergüc və ətrafında yerləşən bir neçə kəndinin sakinləri suvarma suyunun olmamasından əziyyət çəkir. Vətəndaşlar deyir ki, artıq mayın sonlarına yaxınlaşsalar da bəzi təsərrüfatçılar hələ bağlarına ilk suyu verə bilməyiblər.

Yergüc Sudan İstifadəedənlər Birliyinin sədri Niftəli Əspəndiyev deyir ki, rəhbərlik etdiyi qurum Xaçmaz Suvarma Sistemləri İdarəsi ilə suyun alınmasına dair müqavilə bağlayıb. Amma müqavilədə nəzərdə tutulan həcmi ala bilməyib. İçməli suya tələbatın çox olması səbəbi ilə suvarma suyu üçün nəzərdə tutulan su Taxtakörpü su anbarına yönləndirilib. Niftəli Əspəndiyevin sözlərinə görə, suyun verilişi bərpa olunan kimi növbəlilik əsasında kənd sakinləri əkin və bağ sahələrini suvara biləcək.

Vəli Turan, Rizvan Hacıyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR