Bu küçə Vətən Müharibəsi şəhidinin adını daşıyacaq

# 18:03
11 fevral 2022

Gəncədəki küçələrin birinə 44 günlük Vətən Müharibəsinin şəhidi Mirhüseyin Seyidzadənin adı verilib. Bundan sonra Gəncənin Əttarlar küçəsinin Nizami Gəncəvi prospekti ilə kəsişməsindən Eldəniz Həsənov küçəsi ilə kəsişməsinədək olan hissəsi şəhid Mirhüseyn Seyidzadənin adını daşıyacaq. 
APA TV-nin yerli bürosunun xəbərinə görə, açılış mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, şəhid ailələri, qazilər iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidin Vətən Müharibəsində göstərdiyi igidlikdən danışıblar. Bildirilib ki, 3 il müddətdən artıq hərbi xidmət yolu keçən Mirhüseyn Seyidzadə Vətən müharibəsi dövründə yoldaşları ilə birgə 14 gün müddətində düşmənə ağır zərbələr endirib. Şəhidimiz Fizuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə misilsiz xidmətlər göstərib. Mirhüseyn Seyidzadə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin atası Miryunis Seyidzadə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. 
Qeyd edək ki, Mirhüseyin Seyidzadə ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV Gəncə 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR