Türkiyədə neçə qazimiz müalicə olunur?

# 18:33
10 fevral 2022

""YAŞAT” Fondu tərəfindən ötən il Vətən müharibəsində ağır yaralanan 156 qazi Türkiyəyə müalicəyə göndərilib. Onlardan 111-i əməliyyat olunub, müalicə prosedurundan keçib, sağalıb və geri qayıdıb".

 

APA TV xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, hazırda 45 nəfərin Türkiyədə müalicəsi davam edir:

 

“İsraildən gətirilən oftolmoloq həkim heyəti tərəfindən 148 yaralı müayinə olunub. Onlar burada 30 nəfərin əməliyyatını həyata keçiriblər, 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfər isə göz protezi ilə təmin olunub. Türkiyədən də “YAŞAT” Fondu vasitəsilə həkimlər gəlib, yaralıların müayinə və müalicəsi ilə məşğul olub. Şəhidlərimizin ölümündən sonra dünyaya gələn övladlarının hər birinin adına bank hesabları açılıb və 5000 manat əmanət qoyulub” - o vurğulayıb.

 

Fuad Nazimoğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR