Bu materialdan hazırlanan qablar 100 illərlə qalır - Masallılı usta danışır

# 17:20
3 aprel 2024

Bu materialdan hazırlanan qablar 100 illərlə qalır - Masallılı usta danışır - APA TV Azərbaycanın qədim xalq sənət növlərindən biri də Misgərlikdir. Bu sənətlə məşğul olanlar deyir ki, misdən hazırlanan qablar 100 illərlə qalır və nəsildən – nəslə ötürülür. Son illər misgərlik məişətdə əhəmiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Ata – babası Lahıcdan Masallı rayonunun Boradigah qəsəbəsinə köçən müsahibimiz 40 ildir ki, misgərlik sənətini yaşadır. Usta deyir ki, bir zamanlar bu sənət növünə maraq azalsa da, yenidən mis qablara tələbat artıb. Usta mis qabda bişən yeməklərin daha ləzzətli olduğunu bildirir. Ustanın sözlərinə görə bir dəsti hazırlamaq naxışından asılı olaraq 10 günə başa gəlir. Amma xammal tapmaq bir az çətin başa gəlir. Amma çox təəssüf ki, misgərin davamçısı yoxdur. Deyir cavanlar bu sənətdə tab gətirə bilmirlər.

İlkin Rzayev Rövşən Almazoğlu APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR