Bu məhəllənin sakinlərinin çörəyi palçıqdan çıxır

# 17:26
29 dekabr 2022

Qəbələ rayonu qədim tarixə malikdir. Qəbələ tarixi ilə yanaşı, sakinlərinin əl qabiliyyəti və sənətkarlığı ilə də tanınıb. Belə sənətkarlıq sahələrindən biri də təndirçilikdir.

Bu qədim peşə ağır zəhmət tələb edir. Rayonun “Pastar” adlanan ərazisində qədim tarixə malik dulusçuluq və təndirçilik ənənəsi var. Bu ənənəni davam etdirənlərdən biri də Məlahət Qədirovadır. O, bu sənəti qayınanasından öyrənib.

 

Sarı gil və tük qarışığından hazırlanan təndirlər nazik və yüngül olması ilə diqqəti cəlb edir. Təndirlərin ölçüləri sifarişçinin istəyindən asılı olaraq dəyişir. Ancaq standart təndirlərin hündürlüyü 1 m olur.

Təndirçi deyir ki, təndiri yayda iki günə hazır etmək mümkündür, qışda isə bu iş bir həftəyə başa gəlir.

Usta xanım deyir ki, ailəsində bu sənətə maraq göstərən olmasa da, yaşadığı yerdə bir çox insana bu sənətin sirlərini öyrədib.

 

Qeyd edək ki, “Pastar” məhəlləsinin sakinlərinin bir çoxu təndirçiliklə məşğuldur. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR