Bu ölkə normal həyata qayıdır
Danimarka hökuməti koronavirusa qalib gəldiyini elan edib.
APA TV xəbər verir ki, rəsmi Kopenhagen “COVID-19”la bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün hərəkətə keçib.
Qeyd olunub ki, qadağalar iki həftə ərzində qüvvədən düşəcək.
Vurğulanıb ki, vətəndaşların 70 faizindən çoxu vaksinasiyada iştirak edib.
Qeyd edək ki, Danimarka sərt karantin rejiminə keçən ilk ölkələrdəndir. Son həftələrdə ictimai nəqliyyatda maska tələbi ləğv edilib.
Koronavirus pasportunun tələbi isə iki həftə sonra deaktiv olacaq.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu