Qurbanlıq heyvanları kimlər, necə kəsə bilər?

# 10:57
23 iyun 2023

 

Qurban bayramı İslam dininin müqəddəs bayramlardan biridir və bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Bu bayram adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban payı isə ehtiyac sahiblərinə paylanır. Artıq Müqəddəs Qurban Bayramına bir neçə gün qalıb. Bəs bu bayramın əhəmiyyəti nədir, kimlər qurban kəsə bilər? Rüfət Qarayev bildirir ki, bəzi şərtlər daxilində qurbanı şərikli də kəsmək olar. İmam onu da qeyd edib ki, qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır. Qida texnoloqu Ağa Salmanov deyir ki, qurbanlıq heyvanlar ilk növbədə baytar nəzarətindən keçməlidirlər. Ağa Salamov həmçinin bildirir ki, ət kəsimi zamanı heyvanlar bir-birini qəti şəkildə görməməlidirlər. Müxəxəssis onu da qeyd edir ki, kəsilmiş ətlərin dincəldilməsi də vacib məqamlardan biridir. Onu da qeyd edək ki, Azərbаycаnda builki Qurbаn bаyrаmı 28 iyun tarixinə təsadüf edəcək. LƏMAN SALEHOVA XƏYAL İSKƏNDƏROV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR