Bu rayonlara qar yağacaq - PROQNOZ
Dekabrın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun anomal gedişi gözlənilir, Bakıda gecə 8°-dək, gündüz 5°-dək isti olacaq.
Atmosfer təzyiqi 769 mm civə sütunundan 775-ə yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək