Bu şəxslər vəfat edəndə pensiyalarını xanımları ala bilər - TƏKLİF
“Müharibə əlilləri dünyalarını dəyişəndən sonra onların xanımları ağır həyat yaşamalı olur”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, qanun onların müavinətlərinin, pensiyasının həyat yoldaşına verilməsini təmin etmir: “Bu, azyaşlı övladı olan ailələrə şamil edilir. Ölkəmizdə qadın-kişi bərabərliyi var, amma bu, iş tapmaq, işləmək və bərabər əmək haqqı almaq məsələlərində heç də yazıldığı kimi deyil. Qadınlara iş tapmaq, dolanmaq daha çətindir. Qadın həyat yoldaşı vəfat edəndən sonra köməksiz qalır. Sizə deyim ki, belə ailələr çox deyil, amma problemləri çox ağırdır.
Təklif edirəm ki, müvafiq qanunlara düzəliş edək və bu qəbildən olan ailələrdə evin dolanışıq mənbəyi olan kişi rəhmətə gedən zaman onun pensiyasını xanımı alsın.
Hörmətli Sahibə xanım, Sizdən bu məsələnin araşdırılması üçün müvafiq şöbələrə göstəriş verməyinizi xahiş edirəm. Bu məsələyə ƏƏSMN-in nümayəndəsinin də fikir bildirməsini xahiş edirəm. Bu problemin həlli imkanları varmı?”
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)