Bu türbənin ətrafında Səfəvi əsgərlərinin qəbirləri yerləşir

# 15:22
13 fevral 2023

Baba Samid Türbəsi qədim Şirvan bəylərbəyiliyi, indiki Sabirabad rayonunun Şıxlar kəndi ərazisində yerləşir. 

 

Baba Samid türbəsini 1549-cu ildə Şirvan bəylərbəyi olan Abdulla xan Ustaclı Səfəvi şahı 1-ci Təhmasibin göstərişi ilə tikdirib.

 

Məlumata görə, türbənin ətrafında yerləşən məzarlıqda Səfəvi əsgərlərinin qəbri, Şirvanın ilk xanı olan Ağası xanın övladları və bir xanımı dəfn olunub.

Bəktaşiliklə bağlı türbələr üçün xarakterik olan Nadə-Əli duasına bu türbənin girişində də rast gəlmək mümkündür.

Qeyd edək ki, lazımi araşdırma aparılmadığından Azərbaycanda Bəktaşiliyin yayılma tarixi dəqiq illərlə göstərilməsi çətin olsa da XVI əsr hesab edilir.

Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR