Bu üç kəndin adını eşidən hər kəs heyrətə düşür

# 15:51
4 avqust 2022

Ad insan həyatında önəmli rola malik amillərdən biridir. İnsan həm öz adı ilə seçilir, həm də yaşadığı yerin adı ilə tanınır. Çoxumuz doğulduğumuz yurdun tarixi ilə fəxr edirik. Lakin bəzən insanlar doğulduğu yerin adını söyləməyə belə tərəddüd edir. Bu tərəddüd gülüş obyektinə çevrilmək qorxusundan irəli gəlir. Belə yer adlarından biri də Ətcələrdir. Ətcələr kəndi Sabirabad rayonunda yerləşir. Kəndin tarixi haqqında məlumatlı olan sakinlər deyir ki, bu KƏND əvvəllər Atçılar adlanıb. Rayonun Bulduq kəndinin də adı ilk səslənəndə nə məna verdiyini anlamaq çətindir. Amma kəndin adının maraqlı tarixçəsi var. Elə Güdəcühür kəndinin adı da qəribə adlar siyahısındadır. İlk baxışdan bu ada hər hansı məna vermək olmasa da etimologiyasını araşdırdıqda tam fərqli mənası üzə çıxır. Ta qədimdən kimisi ərazini insan adına bağlayıb, kimisi ərazidə baş verən hadisə ilə adlandırıb və beləcə kiçik ərazilərə (kəndlərə) adlar verilib. Təbii ki, adların dəyişməsində tarixən dildən-dilə, nəsildən-nəsilə ötürülməsi, bəzən də bir az "əl gəzdirilməsinin" rolu az olmayıb. Qeyd edək ki, bu cür qəribə yer adlarına digər rayonlarımızda rast gəlmək olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR