“Buba” sevənlərini gözüyaşlı qoyub getdi… - APA TV

# 05:40
20 yanvar 2023

Tbilisidə Sovet və Gürcüstan incəsənətinin görkəmli nümayəndəsi, əfsanəvi müğənni və kinoaktyor, hamının daha çox Buba kimi müraciət etdiyi Vaxtanq Kikabidze ilə sonuncu vida mərasimi keçirilib. Görkəmli incəsənət xadiminin Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimində minlərlə paytaxt sakini, eləcə də sənətkarın həmkarları, Gürcüstanın mədəniyyət və ictimaiyyət xadimləri, siyasətçilər, hökumət üzvləri, həmçinin xarici ölkələrin diplomatları iştirak edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin diplomatları da vida mərasimində iştirak ediblər. Mərasimdə iştirak edən Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko isə Prezident Zelenskinin məktubunu oxuyub. Məktubda Vaxtanq Kikabidzenin Ukraynaya verdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib. Vida mərasimindən sonra sənətçinin Gürcüstan və Ukrayna bayraqlarına bürünmüş tabutu konsert zalının səhnəsindən alqışlarla götürülüb son mənzilinə yola salındı. Görkəmli müğənni doğulduğu Tbilisi şəhərindəki Veri məzarlığında dəfn edildi. Qeyd edək ki, müğənni, kinoaktyor, rejissor, ssenarist, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze yanvarın 15-də beyin xərçəngindən 84 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR