Buçadakı qırğını kim törədib?
Ukrayna Prezidenti Vladimir Zelenski mülki əhalinin qətliamına dair sübutların tapıldığı Buçaya gedib.
APA BBC-yə istinadən xəbər verir ki, Ukrayna lideri məhv edilmiş Rusiya texnikasının olduğu yola baxış keçirib, yerli sakinlərlə söhbət edib.
O deyib ki, Rusiya Ukraynada hərbi cinayətlər törədir.
BBC müxbirinin "hələ də Rusiya ilə sülh danışıqlarının mümkünlüyünü düşünürsünüzmü" sualına Zelenski belə cavab verib: "Bəli, çünki Ukrayna sülh tapmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik".
Qeyd edək ki, Rusiya öz hərbi qüvvələrinin Buçadakı qırğınlarda iştirakını inkar edir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu