Buraya məktəb demək olarmı? - Tavan çürüyüb, divarlar kartonla yamanıb

# 18:44
9 mart 2023

Tavan çürüyüb, divarların dağılmış hissələri dəmir lövhələr və ya kartonlarla yamanıb. Bura Ağsu rayonunun Daşdəmirbəyli kənd məktəbidir. Əgər bu uçub dağılmış binaya məktəb demək olarsa.

 

Şagirdlər deyir ki, yayda ilan həşərat əlindən, qışda da siçan, siçovulun qorxusundan, soyuqdan sinif otaqlarında oturmaq mümkün deyil.

 

Valideynlər məktəbin bir gün şagirdlərin başına uçacağından qorxurlar.  Onlar bildirir ki, dəfələrlə müraciət olunmasına baxmayaraq hələ də məktəb binasına əncam çəkən olmayıb.

Məktəb direktoru da aidiyyəti qurumlara məlumat verildiyini bildirdi.

 

Məsələ ilə bağlı Rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, məsələdən xəbərdardırlar yaxın zamanlarda kənddə yeni, müasir tələblərə uyğun məktəb binası inşa ediləcək.

 

Qeyd edək ki, Sovet dövründə inşa olunmuş bu məktəbdə 150-yə yaxın şagird təhsil alır, şagirdlərin təlim tərbiyəsi ilə 21 müəllim məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR