Çavuşoğlu Ermənistana XƏBƏRDARLIQ ETDİ - APA TV

# 15:58
8 avqust 2022

 

“Qarabağ işğal altında olduğu zaman Türkiyə düzgün olanın, haqqın tərəfində idi. Döyüşlər başlayarkən Türkiyə Azərbaycan əsgərini dəstəklədi”. APA TV-nin İstanbul müxbiri xəbər verir ki, bu barədə Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Qəhrəman Azərbaycan Ordusunun torpaqlarını işğaldan azad etməsinin ardından sürətlə bölgədə, regionda sülh üçün işlərə başlamışıq”, Çavuşoğlu bildirib. O qeyd edib ki, Türkiyə müharibə bitdikdən sonra Qarabağın yenidən qurulmasını dəstəkləyir. Nazir Ermənistanı təxribatlar törətməkdən çəkinməyə çağırıb. Foto Türkiyə xarici işlər naziri bildirib ki, dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil. O qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR