Cəbrayılda silahlı qrup əsgərlərimizə HÜCUM ETDİ - ÖLƏN VAR

# 15:13
5 aprel 2022

İranla sərhəddə insident olub.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, “Horadiz” sərhəd dəstə­si­nin Cəbrayıl rayonu, Şıxalıağalı kəndi yaxınlığındakı 6 nəfər silahlı naməlum şəxsin İrandan Azərbaycan istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

 

 “Dayan” əmri ve­rilsə də sərhəd pozu­cu­ları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər. Sərhəd naryadı silah tətbiq edərək sərhəd pozucularından birini zərərsiz­ləşdirib. Digər 5 nəfər ərazinin sıx qamışlıq, havanın qaranlıq olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olublar.

 

Zərərsizləşdirilmiş İran vətəndaşı 26 yaşlı Behnam Balaidən "AKM" tipli Kalaşnikov avtomatı, 32 kiloqram 270 qram narkotik vasitə götürülüb.

 

Hadisə yerindən uzaqlaşmış digər sərhəd pozucularının saxlanılması məqsədilə pilotsuz uçuş aparatlarının tətbiqi ilə xüsusi axtarış qruplarının həyata keçirdiyi intensiv tədbirlər nəticəsində sərhəd pozucularından biri - İran vətəndaşı Məhəmməd Zarehi Tağı sərhəd­boyu zolaqda qamışlıq sahədə gizləndiyi yerdə aşkarlanaraq saxlanılıb, digər sərhəd pozucularının yerlərinin müəyyən olunması istiqamətində qoşun və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyi xətti ilə İran tərəfi məlumatlandırılıb.

 

Fakt üzrə cinayət işi başlanılıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR