Cəlilabad bağlarında üzüm 40 qəpikdən satılır

# 16:58
12 avqust 2023

 

Bir neçə gündür ki, Cəlilabadda sahələrdə üzüm yığımına başlanılıb. Üzümü ilə məşhur olan Cəlilabad rayonunda, bu il də sahələrdə məhsuldarlıq yüksəkdir. Lakin məhsulun satışında çətinliklər yaranıb. Yığımın ilk günündə qiymətin 1 manat olması fermerləri təmin edirdisə, hazırda qiymətin aşağı düşməsi onları çıxılmaz vəziyyətə salıb. Ölkə bazarlarına topdan və pərakəndə satışla məşğul olanlar hazırda üzümə böyük tələbatın olduğunu deyirlər. Alıcılar bildirir ki, qiymətlər məhsul bolluğuna, eləcə də bazara və təlabata görə dəyişir. Fermerlər real vəziyyəti dəyişmək və sahələrə qoyulan kapitalın azaldılması üçün növbəti illərdə yeni üzüm sortları becərməyə qərar verdiklərini bildirirlər. Qeyd edək ki, bu il rayonda 1453 hektar ərazidə üzüm əkini həyata keçirilib və bu günə kimi sahələrədn 1500 tona yaxın süfrə üzümünün yığımı aparılıb. İlkin Rzayev Rövşən Almazoğlu APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR