Türkiyə və Azərbaycan birlikdə universitet yaradacaq

# 22:44
2 iyun 2022

Bu gün ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi start götürüb. Tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin sədrləri, deputatları, müəllimlər, icitmaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Konqres iş­tirakçılarını salamlayaraq qeyd edib ki, tədbir Qarabağla bağlı mövzulara həsr edilib.

 

HAFİZ PAŞAYEV - ADA UNİVERSİTETİNİN REKTORU, SƏFİR

 

“Bu konqresin iştirakçılarını ADA Universitetində səmimi qəlbdən alqışlayıram. Sizi salamlayıram. Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Mustafa Şentopu, Azər­baycan Milli Məclisinin sədri Sahibə Qafarovanı, bu qədər universitet rektorlarını, təhsil sahələrinin nümayəndələrini ADA Universitetində görmək bizim üçün çox sevindiricidir. İnanıram ki, çox maraqlı və məhsuldar müzakirələr keçiriləcək və yeni əlaqələr qurulacaq. Bu konqresə 520-dən artıq qonaq gəlib, 1000-dən artıq alim öz elmi araşdırmalarını gön­dərib. Bu konqres akademik əlaqələrimizin möhkəmlənməsinə səbəb olacaq və uni­versi­tetlər arasında əməkdaşlığı artıracaq. Azərbaycanın 44 günlük Vətən müharibə­sində tarixi qələbəsi bütün türk dünyasına yüksəliş gətirdi. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixinə xüsusi əhəmiyyət və dəyər bəxş edib. Konqres iştirakçıları Şuşaya səfər edəcək və erməni vəhşiliklərini görəcəklər, Azərbaycan tərəfindən aparılan quruculuq işləri ilə tanış olacaqlar.”  

 

 

“Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir”.

 

Bunu isə çıxışında Milli Məclisin sədri Sahibə Qafarova deyib. O qeyd edib ki, konqresin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir.

 

SAHİBƏ QAFAROVA - MİLLİ MƏCLİSİN SƏDRİ

SİNXRON

 

“Azərbaycan və Türkiyə parlamentlərinin himayəsi altında keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi akademik dairələrimizin birgə fəaliyyətinin daha da gücləndirilməsi baxımından çox önəmli tədbirdir. Hesab edirəm ki, bu cür elmi tədbirlərin keçirilməsi universitetlərimiz, elmi dairələrimiz arasında əməkdaşlığın inkişafı baxımından olduqca zəruridir. Təhsil naziri Emin Əmrullayevin Konqresdə iştirakı bunu bir daha təsdiq edir. Onu da qeyd edim ki, Azərbaycanın ən qabaqcıl təhsil ocaqlarından biri olan ADA Universitetinin zəngin beynəlxalq və elmi təcrübəsi bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir. 7-ci Beynəlxalq Sosial Elmlər Konqresinin Qarabağa həsr olunması çox mühümdür və təqdirəlayiqdir. Çünki Qarabağ həqiqətlərinin akademik dairələr tərəfindən vurğulanması və elmi ədəbiyyatda əks etdirilərək gələcək nəsillərə ötürülməsi olduqca vacibdir. Konqresin bir mühüm tərəfi isə qardaş ölkələrimiz arasında münasibətlərin siyasi, tarixi, sosioloji və mədəni əsaslarının, inkişaf perspektivlərinin nəzərdən keçirilməsi, prosesə töhfə verəcək yeni ideyaların, təşəbbüslərin işlənib hazırlanmasıdır. Konqresin ayrı-ayrı panelləri üzrə seçilmiş mövzular da əslində bu niyyəti və əzmi nümayiş etdirir”.”

 

 

MUSTAFA ŞENTOP - TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ

 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq söyləyib ki, təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək.

 

“Bilik gücdür, eyni zamanda, bilik cəsarət deməkdir. Bu gün bizim ehtiyacımız olan ən böyük şey akademik çalışmalardır. Türkiyə-Azərbaycan birliyinin sevincini yaşayırıq və bu birliyin daha da möhkəmlənməsini arzulayırıq. Türkiyə rəsmiləri ilk ziyarətlərini Azərbaycana, Azərbaycan rəsmiləri isə ilk ziyarətlərini Türkiyəyə edirlər. Bu konqresin Azərbaycan və Türkiyə arasında təhsil sahəsində yeni işlərə start verəcəyini düşünürəm. Türkiyə və Azərbaycan arasında Şuşa Bəyannaməsində də bu yaxınlaşmaya zəmin yaradacaq maddələr var. Sözlərin artıq həyata keçirilməsi vacibdir. Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması, hətta gələn tədris ilində fəaliyyətə başlamasını çox arzu edirəm”.

 

“Prezident İlham Əliyevin imzaladığı sərəncamla xaricdə təhsillə bağlı dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin Türkiyə universitetlərində təhsili dəstəklənəcək”. Bunu isə konqresdə çıxış edən təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, dövlət proqramının icrası üçün sənədlər hazırlanır:

 

EMİN ƏMRULLAYEV - TƏHSİL NAZİRİ

 

SİNXRON

 

“Əməkdaşlığımızın çox dərin tarixi var. Azərbaycan müstəqillik əldə etdikdən sonra alimlərimiz Türkiyə universitetlərində dərs deyib. Türkiyə-Azərbaycan arasında olan dost və qardaş münasibətləri hər sahədə olduğu kimi, təhsil sahəsinə də siraət edir. Türkiyədə 26 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bu digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələrdən 5-6 dəfə çoxdur. Son aylar ərzində Türkiyə-Azərbaycan arasında birgə universitetlərin yaradılması sahəsində işlər görmüşük. Bu, təhsil əməkdaşlığı sahəsinin çox şanlı sahəsi olacaq”

 

Qeyd edək ki, konqres 4 iyuna qədər davam edəcək. Konqresin 3 günü Bakıda, 1 günü isə Şuşada keçiriləcək.

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR