Cəlilabadda insan qalıqları aşkar edildi – Arxeoloqlar təəccüb içində

# 19:07
31 avqust 2023

Cəlilabad rayonunun Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı, Azərbaycan tarixinə aid yeni maddi - mədəniyyət nümunələri aşkar edilib. Çoxsaylı tarixi tapıntılar arasında insan skeletlərinin qalıqları, qədim insanların dəfən etmə adəti ilə bağlı məlumatları maraq doğurub. Eləcə də ərazidə qədim insanların məşğuliyyəti ilə bağlı Neolit dövrünə aid saxsıdan, sümükdən və dəvəgözü daşından hazırlanmış çoxsaylı məişət, bəzək əşyaları üzə çıxarılıb. Bu mövsümdə qazılan 3 – cü sahədən keramika qırıqlarına, saxsı fraqmentlərinə, dən daşı qırıqlarına və ən əsası sümükdən düzəldilən alətə də rast gəlinib. Mütəxəssislərin sözlərinə görə Paşatəpə Artefaktının araşdırılması, Qafqaz Arxeologiyasında erkən əkinçilik mədəniyyəti və sənətkarlıqla bağlı yenilikləri üzə çıxara bilər. İlkin Rzayev Rövşən Almazoğlu APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR