Cəlilabadda vətəndaşlara at əti satan rayon sakini iş başında ələ keçdi
Cəlilabadda vətəndaşlara at əti satılması müəyyən olunub.
AQTA və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində birgə əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon Maşlıq kənd sakini Abbasov Səbuhi Tərlan oğluna məxsus həyətyanı təsərrüfatına baxış keçirilən zaman, tövlədə ümumi çəkisi təqribən 200 kq olan bir baş kəsilmiş at cəmdəyi, bir baş ata məxsus sümüklər və 9 baş diri at aşkarlanıb.
Bundan əlavə həyətdə olan ata qoşulmuş arabada 6 baş kəsilmiş atın sümükləri ayaqları və baş nahiyəsi müəyyən edilib. Həyətin digər hissəsində olan tövlədə isə 6 diri at aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu