Cəlilabadda vətəndaşlara at əti satan rayon sakini iş başında ələ keçdi
13:45
13 mart 2023
Cəlilabadda vətəndaşlara at əti satılması müəyyən olunub.
AQTA və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində birgə əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon Maşlıq kənd sakini Abbasov Səbuhi Tərlan oğluna məxsus həyətyanı təsərrüfatına baxış keçirilən zaman, tövlədə ümumi çəkisi təqribən 200 kq olan bir baş kəsilmiş at cəmdəyi, bir baş ata məxsus sümüklər və 9 baş diri at aşkarlanıb.
Bundan əlavə həyətdə olan ata qoşulmuş arabada 6 baş kəsilmiş atın sümükləri ayaqları və baş nahiyəsi müəyyən edilib. Həyətin digər hissəsində olan tövlədə isə 6 diri at aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Digər əmlaklar kimi silahlar da vərəsə sahibinə verilirmi?
14:43
15 oktyabr 2024
Qəbələ mətbəxinin şahı olan yemək – Hazırlanması iki gün vaxtınızı ala bilər
14:42
15 oktyabr 2024
I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin yaxınları Qarabağda oldular
09:52
15 oktyabr 2024
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır
18:19
14 oktyabr 2024