Tbilisidə tanınmış azərbaycanlı rəssamın yubiley sərgisi

# 17:12
13 aprel 2023

Tbilisidə Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisi açılıb. Dmitriy Şevardnadze adına Milli Qalereyada təşkil edilmiş sərgi Azərbaycan və Gürcüstanın Mədəniyyət Nazirliklərinin, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb. Açılış mərasimində Aazərbaycan və Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimlər, eləcə də rəsmilər və iş adamları iştirak ediblər.

Ç.Fərzəliyev çıxışında sərgini Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr etdiyini qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə çıxışında ölkələr arasında əlaqələrin digər istiqamətlərlə yanaşı mədəniyyət və incəsənət sahəsində də inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib və Heydər Əliyev Fondunun Gürcüstanda reallaşdırdığı layihələrin əhəmiyyətindən danışıb.

Çıxış edənlər bu cür sərgilərin qarşılıqlı olaraq Azərbaycanda və Gürcüstanda təşkil olunmasının əhəmiyyətini qeyd ediblər.

Mayın 10-dək ziyarətçilər üçün açıq qalacaq sərgidə rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi 47 əl işi nümayiş etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR