Cəlilabadda zəlzələ dağıntı və tələfata səbəb oldumu?

# 17:46
23 avqust 2023

Bu gün yerli vaxtla saat 01:23-də respublikanın bir neçə rayonunda baş verən zəlzələ Cəlilabadda da ciddi şəkildə hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə yeraltı təkanların maqnitudası 4.9, dərinliyi 13 km olub. Zəlzələ episentrdə 4 baldan artıq, yaxın ətraf rayonlarda 4-3 bala qədər hiss olunub. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, bu saata qədər dağıntı və xəsarət barədə müraciət daxil olmayıb. Qeyd edək ki, ötən gecə zəlzələ, Cəlilabad da daxil olmaqla Massalı, Lənkəran rayonlarında da ciddi hiss edilib. Yardımlı, Lerik, Beyləqan və Saatlıda isə zəif ocaqlar qeydə alınıb. İlkin Rzayev Rövşən Almazoğlu APA- tv Cəliləbad

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR