Ceyhun Bayramov ATƏT sədrini erməni əsilli şəxslərin reinteqrasiyasına dair məlumatlandırıb
ATƏT-in fəaliyyətdə olan sədrini erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Azərbaycanın baxışı və bu istiqamətdə atılan addımlar, keçirilən görüşlər və bu görüşlərin davamlı olması üçün Azərbaycan tərəfindən görüşlərin Bakıda keçilməsi təklifi barədə məlumatlandırdım. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib. “Ermənistanın reinteqrasiya prosesinə cəhdlərinin müdaxiləsinin əsası yoxdur və bu, qəbuledilməzdir”, - XİN rəhbəri qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu