Ceyhun Bayramov türkiyəli həmkarı ilə hansı məsələləri müzakirə edib?
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
XİN-dən APA TV-yə verilən xəbərə görə, nazirlər, bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.
Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.
DİGƏR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı