FHN əməkdaşları Kahramanmaraşda bir nəfəri xilas etdi
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
APA-nın fəlakət zonasına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün səhər əməliyyatlara başlayan xilasedicilər indiyədək 5 nəfərin cəsədini dağıntılar altından çıxarıb.
Bundan başqa bir nəfər dağıntılar altından xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, APA-nın iki əməkdaşı hazırda Türkiyədə təbii fəlakət zonasında işləyir. Əməkdaşlardan biri Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaş isə zəlzələnin ağır təsirlərinə məruz qalmış Hatay bölgəsindədir. Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib