Çirkab suları Xəzərə axıdılır-Aidiyyəti qurumlar hara baxır?

# 10:21
1 iyul 2023

Yay mövsümü başlayar-başlamaz insanlar çimərliklərə axışır, sahilboyu ərazilərdə dincəlirlər. Xüsusən də pulsuz çimərliklərdə. Amma əslində çimərliklərin adı pulsuzdur. Artıq neçə illərdir ki, bir çox çimərliklərə giriş pulludur. Çimərliyi hasarlayıb, qapıya da nəzarətçi qoyurlar ki, gələnlərdən pul yığsın. Bu gün üz tutduğumuz Şıxov çimərliyində də belə bir vəziyyətlə rastlaşdıq Qapıda dayanan şəxsin bildirdiyinə görə, çimərlikdə istirahət edib gedənlərdən qalaq-qalaq zibil qalır. Məhz girişdə tələb olunan bir manat da guya ki, bu zibillərin yığılması istiqamətində sərf edilir. Dayıya inansaq ərazidə zibil yeşikləri var, insanlar zibili o yeşiklərə atmaq əvəzinə yerə atırlar. Amma maraqlı olan bilirsiz nədir? Ərazidə gözümüzə bir dənə də zibil qabı dəymədi. Paytaxtın Şıxov, Nardaran, Pirşağı, Bilgəh çimərliklərində də demək olar ki, oxşar vəziyyətlər hökm sürür. Giriş pullu, zibil qabları yox, soyunub-geyinmə və əlavə tuş almaq üçün yerlər də yox səviyyəsində. Düzdür çoxsaylı çəkilişlərin nəticəsidir ki, çimərliklərin bəzilərində ərazi qismən təmizlənib, hətta bəzi yerlərdə sərbəst girişin qarşısını almaq üçün quraşdırılmış şlaqbaumlar da yığışdırılıb. Amma bu ərazilərdə kanalizasiya sularının birbaşa dəniz axıdılması kimi iyrənc prosesin qarşısı hələ də alınmayıb. Digər problemli məsələ isə vətəndaşların dənizdə çimərkən həyatlarına biganə yanaşmalarıdır. Onlar çimərlikdə nəzərdə tutulmamış ərazilərdə çimməyin, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzməyin, küləkli havada dənizə girməyin qadağan olduğunu bilə-bilə bunu edirlər. Məsələ ilə bağlı əlaqə saxladığımız aidiyyəti qurumlardan iş günü olmadığı üçün açıqlama ala bilməsək də Bakı Şəhər İcra Hakimiyyətindən zəngimizə cavab verildi. Şifahi olaraq bildirildi ki, antisanitar vəziyyətin hökm sürdüyü ərazilərlə bağlı İcra hakimiyyəti Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə həmin ərazilərdə təmizlik işlərinin aparılması ilə bağlı tapşırıqlar verir. Pulsuz çimərliklər mütəmadi təmizlənir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR