Daha 100-ə yaxın şəhid ailəsi və qazi özünüməşğulluq aktivləri ilə təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailələri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi davam edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Sumqayıtda bir qrup qazi proqram çərçivəsində seçdikləri biznes istiqamətləri üzrə mal və materiallarla təmin olunub. Verilmiş avadanlıqlar hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.
Son 1 həftə ərzində isə Agentlik tərəfindən bu kateqoriyadan olan 100-ə yaxın şəxsə aktivlər təqdim edilib.
Ümumilikdə Agentlik tərəfindən cari ilin ötən dövrü ərzində 1006 şəhid ailəsi, qazi və onun ailə üzvünü özünüməşğulluq proqramına cəlb olunub və onlar üçün kiçik təsərrüfatlar yaradılıb.
Qeyd edək ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.
RAMİL ZEYNALLI
ƏLİ ƏLİYEV
SUMQAYIT
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu