Bank Of Baku

Daha 352 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

# 19:30
13 iyun 2020

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Bununla da Azərbaycanda koronavirusa yoluxanların sayı 9570-ə, sağalanların sayı 5309-a, koronavirusdan vəfat edənlərin sayı isə 115-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR