Daha 590 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 590 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 103, ötən müddət ərzində isə ümumilikdə 441 961 test aparılıb.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi