Səfirliyimizə hücumun əvvəldən hazırlandığını sübut edən məqamlar

# 16:16
27 yanvar 2023

“Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə birmənalı şəkildə terror aktıdır”.

Bunu APA TV-yə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, deputat Arzu Nağıyev deyib. Onun fikrincə, burda "Kalaşnikov" avtomatından istifadə olunursa, deməli, məqsəd qanlı olay törətmək olub və əldə olunan foto-videomateriallar da sübut edir ki, həmin terrorçunun məqsədi səfrilikdəki hər kəsi öldürmək imiş.

Tehrandakı səfirliyimizə hücumda İran tərəfinin məsuliyyət daşıdığını deyən deputat Elman Nəsirov da bildiridi ki, bundan əvvəl Azərbaycanın Fransada, Böyük Britaniyada, ABŞ-dakı səfirliklərinə də hücumlar olub. Amma həmin hücumlarda itkilər yox idi. Tehrandakı silahlı hücumda həlak olan və yaralananlar var. Belə çıxır ki, bu silahlı hücuma əvvəldən hazırlaşılıb, məqsədöynlü şəkildə hazırlıq işləri görülüb.

Deputat Aydın Hüseynov isə düşünür ki, hadisənin dəqiq baş vermə səbəbi bilindikdən sonra rəsmi Bakı adekvat adımlar atacaq.

Xatırladaq ki, yanvarın 27-si saat 8:30-da Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR