Daha bir ölkəyə aviareyslər bərpa olunur?

# 17:59
31 mart 2022

Azərbaycan və Polşa arasında nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və bir sıra digər saəhələrdə iqtisadi əlaqələr inkişafı üçün potensiallar var.

 

APA TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT sədri, Polşanın xarici işlər naziri Rau Zbignievlə mətbuat konfransında deyib.

 

“Bu il 2022-ci il iki Azərbaycan və Polşa münasibətləri kontekstində xüsusi ildir. 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyini qeyd edirik. Eyni zamanda strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsinin birgə bəyanatın imzalanmasının 5 ili tamam olur. Bu illər ərzində yüksək səviyyəli çoxsayılı səfərlər, siyasi, iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə olan çoxsayılı tədbirlər inkişafda olan düzgün formada səciyyələndirir. Birgə bəyanatda göstərildiyi kimi və yol xəritədində olduğu kimi bu ilin fevral ayında strateji dialoqumuzun ilk iclasını Varşava şəhərində keçirmişdik. Müzakirələr kontekstində iqtisadi əməkdaşlıq sahəsinə ayrılmışdır. Hesab edirik ki, ölkələrimizin bir-birinə olan münasibəti, potensiallar nəzərə alınmaqla, iqtisadi sahədə münasibətlərin xeyli genişləndirilməsində potensial var. Bu sahələr sırasında nəqliyyat, kənd təsərrüfatı, humanitar, turizm və bir sıra digər sahələr mövcuddur. Bu sahələr 2022-ci ilin ikinci yarısında Polşa Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın 8-ci iclasının keçirilməsi bu formatda dialoqun davam etdirilməsi üçün olduqca müsbət bir platformadır. Xüsusi olaraq bu gün müzakirələrimiz zamanı turizmin inkişafı həm insanlar arasında əlaqələrin daha da intensivləşdirilməsi baxımından, tərəflər arasında yenidən razılığın əldə olunaraq 2022-ci ilin may ayından etibarən Varşava Bakı marşrutu üzrə aviareyslərin yenidən təsis edilməsi müsbət bir addım kimi səciyyələndirilir.”

 

Fuad Sadıqov

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR