Daha iki nəfər özünü hündürbərtəbəli binadan atdı
Bakıda dəhşətli hadisə baş verib.
APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Hazırda ölənlərin kimliyi araşdırılır.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü