Daha tenderlər əvvəlki kimi olmayacaq - Meydana böyük şirkətlər girir

# 18:20
9 fevral 2023

“Dövlət satınalmaları haqqında” yeni qanunda biznes və sahibkarlar üçün mühüm yeniliklərin əksini tapacağı gözlənilir.

Beynəlxalq təcrübəyə əsaslanan yeni qanun layihəsinin hazırlanmasına 2 il əvvəl başlanılıb.

Deputat Vüqar Bayramov bildirib ki, indiyə qədər mövcud qanunvericiliyə görə, məbləği 3 milyon ABŞ dollarından az olan tenderlərdə yalnız mikro, kiçik və orta biznes sahibləri iştirak edə bilirdi.

Lakin təklif olunan yeni dəyişikliyə əsasən, artıq iri biznes sahiblərinin də məbləği 3 milyon dollara qədər olan tenderlərdə iştirak etmək imkanı olacaq.

İqtisadçı ekspert Xalid Kərimli isə deyib ki, yeni qərarın təklif olunmasına səbəb Azərbaycanda dövlət tender standartlarına cavab verə biləcək kiçik müəssisələrin sayının az olmasıdır.

Onun sözlərinə görə, tenderə qoşulan şirkətlərin gördüyü işlər, qazandığı uğurlar diqqətə alındığı üçün kiçik müəssisələr bu barədə problem yaşayırdı.

Sonda isə iqtisadçı qeyd edib ki, tenderlərə qoşulan kiçik müəssisələrin arxasında iri şirkətlər dayandığına görə, həmin müəssisələr nə inkişaf edə, nə də nəzərdə tutduqları tender prosesindən yararlana bilirdilər.

Əlavə sənədləşdirmə və alqı-satqı dövriyyələrinin yaranması qeyri-produktiv xərclər yaradırdı ki, bu da iri müəssisələr üçün yaxşı hesab edilmir.

Buna görə də, qanuna təklif olunan dəyişiklik iri müəssisələr üçün müsbət dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR