Daha üç erməni hərbçi Ermənistana qaytarılıb

# 22:55
4 may 2021

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana qaytarılıb.

APA TV-nin məlumatına görə, Ermənistana qaytarılan şəxslər 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmadan sonra Qarabağda tərksilah edilərək tutulublar. Bunlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Onlar yaxın saatlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan aviareysi ilə yola salınıb.

Məlumatda o da deyilir ki, araşdırma zamanı onların erməni hərbçilər olduğu müəyyənləşsə də, cinayətkar fəaliyyətdə, o cümlədən Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib.

Qeyd edək ki, Azərbaycan indiyə qədər də humanistlik nümayiş etdirərək xeyli mülki ermənini və hərbçini qarşı tərəfə qaytarıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR