Danimarka şirkəti saxta dərmanlarla bağlı Azərbaycan əhalisinə müraciət etdi
Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.
APA-nın məlumatına görə, Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilib ki, Ozempik® preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik® 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur. Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır.
Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistan saxtalaşdırılma halları qeydə alınıb.
Şirkət saxta Ozempik® 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə də tövsiyələrini verib. Qeyd edilib ki, preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək