Daşaltıda 31 il əvvəl itkin düşən şəxsin meyitinin qalıqları Qobuda dəfn olunub
Kütləvi məzarlıqda qalıqları tapılan Hüseynov Gülverdi Ağahüseyn oğlu Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunub. Dəfn mərasimində Gülverdi Hüseynovun ailə üzvləri, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak edib. 1951-ci il təvəllüdlü Gülverdi Hüseynov 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Gülverdi Hüseynovöz adını daşıyan şəhid nəvəsinin yanında dəfn edilib. Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. ƏLİ ƏLİYEV AĞA ƏLİZADƏ APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu