Daşkəsəndə qaya parçaları avtomobil yoluna tökülüb
Daşkəsənə ötən gecə yağan yağış bir sıra fəsadlar törədib.
APA TV-nin yerli bürosunun məlumatına görə leysan yağışın yağması nəticəsində Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunun Bayan kəndində dağlıq ərazidən keçən hissəsinə iri qaya parçaları düşüb.
Nəticədə avtomobillərin hərəkəti tam dayanmasa da gediş-gəliş üçün bir qədər çətinliklər yaranıb. Hazırda ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli nümayəndələri cəlb olunub. Yolda tökülən iri qaya parçaları ərazidən təmizlənib. Sözü gedən avtomobil yolunda hərəkət tam bərpa olunub.
DİGƏR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik