Dəhşətli yol qəzası: “Azsamand” “KamAz”a çırpıldı – APA TV

# 06:00
20 oktyabr 2023

Zabrat-Balaxanı şossesində Əsgər Məmmədov idarəetməsində olan “Azsamand” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman sükana nəzarəti itirib. Avtomobil sürüşərək əks istiqamətdə olan “KamAz” markalı yük maşınına çırpılıb. Sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsinin salonunda sıxışaraq qalıb.

Hadisə şahidləri Əsgər Məmmədovu avtomobildən çıxarıb. Ağır xəsarət alan sürücü Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır kimi qiymətləndirilir. Kamazın sürücüsü Orxan Əliyev isə bildirib ki, minik maşınını sürücü yüksək sürətlə idarə edib.

Hadisə zamanı yola yanacaq dağıldığından əraziyə FHN-nin əməkdaşları cəlb edilib. Bundan başqa olay ilə əlaqədar Zabrat-Balaxanı şossesində tıxac yaranıb. Yolda sıxlığın qarşısını almaq üçün polislər nəqliyyatın hərəkətini tənzimləyib. Fakt üzrə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır

NURLAN ƏLİ 

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR