Delimitasiya üzrə komissiyaların görüşü bu şəhərdə keçiriləcək

# 18:34
12 may 2022

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyaların iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.

 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan deyib.

 

 “Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla (Rusiya Baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”, - deyə Mirzoyan vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR