Laçında 2 hərbçimiz minaya düşdü
2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır. APA TV xəbər verir ki, bu barədə Qubadlı hərbi prokurorluğu məlumat yayıb. Xəbərə görə, Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı hərbi prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib