“Dəniz kuboku” müsabiqəsinə yekun vuruldu – Qaliblər bilindi

# 04:13
26 avqust 2022

 

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatıb. APA TV xəbər verir ki, müsabiqənin başa çatması münasibəti ilə Bakıda Hərbi Dəniz Qüvvələrində təntənəli bağlanış və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə iştirakçı dövlətlərin, müşahidəçi qismində iştirak edən ölkələrin silahlı qüvvələrinin nümayəndələri, hərbi attaşelər, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər. Beşinci ildir ki, keçirilən “Dəniz ku¬boku” müsabiqəsinə bi il Azərbaycan ev sahibliyi etdi. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib. Müsabiqəsi zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyənləşdiriblər. Hərbçilərimiz “Dəniz kuboku” müsabiqəsində ölkəmizi yüksək səviyyədə təmsil edərək hakimlər komissiyası tərəfindən aparılan qiymətləndirmənin yekun nəticələrinə əsasən Azərbaycan və Rusiya hərbi dənizçiləri müsabiqənin qalibi olublar. Qazaxıstan komandası ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb. "Müsabiqədə ən böyük qələbəmiz dostluqda, hərbi əməkdaşlıqda yeni zirvələr fəth etməyimiz oldu. Mən müdafiə naziri general-polkovnik Zakir Həsənov və öz adımdan qalibləri, qonaqları, media nümayəndələrini təbrik edirəm. Vurğulamaq istəyirəm ki, iki il öncə 30 il həsrətində qaldığımız tarixi torpaqlarımızı da geri qaytardıq. Arzu edirəm ki, dünyada hər zaman sülh və əmin-amanlıq hökm sürsün. Əminəm ki, biz tək döyüşlərdə deyil, bu cür müsabiqələrdə, yarışlarda da qələbə qazanacağıq" Qələbə sevincini bizimlə bölüşən gözətçi gəmisinin komandiri Müslüm Nadirov da hərbçilərimizin “Dəniz kuboku” müsabiqəsində ölkəmizi yüksək səviyyədə təmsil etdiyini deyib. Daha sonra qalib komandalara kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub. Sonda isə qalib komandaların himnlər səsləndirilib. Fuad Sadıqov Kamran Namazov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR