Maşının içində 6 ailə üzvü vardı, “Kamaz”a çırpıldı - 2 ölü, 4 yaralı

# 14:39
23 dekabr 2022

Masallıda baş verən dəhşəhli yol qəzasında ana və azyaşlı övladı ölüb.

Ailənin 4 üzvü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dəhşətli hadisə Ələt-Astara magistralının 131-ci kilometrliyində, Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini 32 yaşlı Şəhriyar Fərəcov idarə etdiyi “Kia Sportage” markalı minik avtomobili ilə hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Astara rayon sakini 21 yaşlı Rəşid Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilli ilə toqquşub.

Qəza nəticəsində “Kia Sportage” markalı minik avtomobilində olan bir ailənin 6 üzvündən ikisi, ana Əminə Fərəcova və oğlu 2022-ci il təvəllüdlü Aslan Fərəcov dünyasını dəyişib. Sürücü, 10, 8 və 6 yaşlı övladları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəza nəticəsində ölən ana və azyaşlının meyitləri müayinə olunması üçün Masallı morquna təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR