“Deputatların əməkhaqqı “YAŞAT” Fonduna köçürülsün”
“YAŞAT Fondunda vəsait çatışmır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Qənirə Paşayeva deputat həmkarlarını YAŞAT Fonduna vəsait köçürməyə çağırıb: “Bu ay əməkhaqqımızın bir hissəsini YAŞAT Fonduna ödəyərək ictimaiyyətə, iş adamlarına müraciət edək ki, onlar da Fondu dəstək versinlər. İnanıram ki, deputat həmkarlarımız əməkhaqqının bir hissəsini YAŞAT Fonduna bağışlayaraq nümunə göstərəcək”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə YAŞAT Fonduna davamlı dəstək verildiyini bildirib: “Belə problem yaranıbsa, YAŞAT Fondu ilə əlaqə saxlayarıq”.
DİGƏR XƏBƏRLƏR
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”