Dərman almırıq qırılırıq, alırıq yenə qırılırıq

# 15:43
25 yanvar 2023

Mövsümi xəstəliklərin çoxalması insanların dərman preparatlarına tələbatını artırıb. Lakin bu gün vətəndaşlar dərmanların keyfiyyətindən və bahalığından narazıdırlar. İnsanların əksəriyyəti istifadə etdikləri dərmanların heç bir işə yaramadığını iddia edir. 

Ekspert Xalid Kərimli düşünür ki, dərman bazarında bu qədər sürətli bahalaşmaya əsas şərait yaradan amil bu sahədə inhisarçılığın olmasıdır.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət labaratoriyasının müdiri Çingiz Şükürovun sözlərinə görə, preparatlar qeydiyyatdan keçdikdən sonra ölkəyə idxal olunur.

Deputat Rüfət Quliyev isə mövcud problemin aradan qaldırılmasında çıxış yolunu Türkiyənin böyük dərman şirkətlərinin Azərbaycana dəvət olunmasında görür.

Bəli... Sonda bir vacib məqamı da vurğulayaq. Dərman vasitələrinin keyfiyyətindən narazı qalan vətəndaşlar Analitik Ekspertiza Mərkəzinin rəsmi saytına onlayn olaraq da müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR