Dincəlmək üçün maşından düşən direktoru başqa avtomobil vurdu
Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov ekspedisiya zamanı həlak olub.
APA TV xəbər verir ki, hadisə Giləzi-Xızı yolunun 25-ci kilometrliyində, Tıxlı kəndinin yaxınlığında baş verib.
Yayılan məlumata görə, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov Xızı rayonuna gedərkən yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki minik avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq Tofiq Məmmədovu vurub. Nəticədə direktor hadisə yerində ölüb.
Qeyd edək ki, Tofiq Məmmədov 2015-ci ildə Prezidentin sərancamı ilə "Şöhrət Ordeni"nə layiq görülüb. Ailəli idi, 2 övladı var.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?