Gəncədə minik maşını avtobusa çırpılıb
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA TV yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sidqi Ruhulla küçəsində qeydə alınıb. "VAZ 2109" markalı minik maşını 9 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusuna çırpılıb. Daha sonra minik maşını yoldan çıxaraq yol kənarındakı ağaca dəyib, minik maşınının sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu