“Dolları ABŞ vermir, biz də yuan istifadə edirik” - Rusiya-Çin birləşməsi nəyi dəyişəcək?

# 14:35
29 mart 2023

Rusiya prezidenti Vladimir Putin yerli telekanallardan birinə müsahibəsində beynəlxalq ticarət bazarında ABŞ dollarının yerinə Çin yuanından istifadə etmək istədiklərini bildirib.

Ekspertlərin fikrincə, II Dünya müharibəsindən sonra Amerika qızıl standartından imtina edərək neft ticarətində dolları vahid valyuta kimi qəbul edib. Qlobal proseslərdə bu, ABŞ dollarının vahid və ehtiyat valyutaya çevrilməsinə şərait yaradıb.

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Amerikanın iqtisadi gücündən istifadə edərək özünə tabe edə bilmədiyi ölkələrə sanksiyalar tətbiq etməsi, onları dünya maliyyə sistemindən kənarlaşdırması və iqtisadiyyatlarına ağır zərbələr vurması həmin ölkələrdə aqressiya yaradıb.

Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın aparıcı banklarının SWIFT sistemindən uzaqlaşdırılması Rusiya ilə Çinin dollar və avrodan imtina etməsinə səbəb olub. 

Ekspert qeyd edib ki, Hindistan və Ərəbistan yarımadasındakı bir sıra ölkələrin də tədricən xarici ticarətdə dollardan imtina etməsi və digər valyutaları ödəniş şərti kimi qəbul etməsi müşahidə olunur. 

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, Rusiya və Çin dövlətləri öz aralarında ticarəti Çin yuanı ilə etmək qərarı qəbul etsələr belə, hər iki ölkə üçün ciddi iqtisadi dəyişiklik gözlənilmir.

Ekspertin sözlərinə görə, Çin əksər hallarda ucuzlaşdırılmış valyuta siyasəti həyata keçirməklə, ölkə sənayesinin ixrac qabiliyyətini dəstəkləməyə cəhd göstərir. Bu da orta və uzun müddətdə valyutanın perspektivlərini zəiflədir.

İqtisadçı onu da qeyd edib ki, son 20 ildə bənzər təşəbbüslər İran, Çin, Türkiyə, Rusiya kimi ölkələr tərəfindən gündəmə gətirilsə də, hələ də bu ölkələrdə dönərli valyuta və dayanıqlı məzənnə siyasətinin həyata keçirilməsi belə bir alternativ valyutanın ortaya çıxma imkanlarını məhdudlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR