Dolu Zaqatala və Balakən rayonlarında fəsadlar törətdi – Bağlarda meyvə qalmadı

# 14:58
7 sentyabr 2023

 

 Bu gün səhər saatlarında ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Zaqatala və Balakən rayonlarında bır sıra fəsadlar törədib. Rayonlarda güclü külək olub, qısamüddətli leysan və dolu yağıb. Güclü dolu səbəbindən Zaqatala şəhəri, rayonun Yuxarı Tala, Car, Mazıx və Qəbizdərə kənd inzibati ərazisində bəzi fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, avtomobillərin şüşələrini də sındıraraq onları yararsız hala salıb. Dolu kənd sakinlərinin həyətyanı sahəsində və bağlarında olan meyvə və fındıq ağaclarına ciddi ziyan vurub. Bölgədə hökm sürən qeyri-sabit hava şəraiti Balakən rayonunda da bir sıra fəsadlar törədib. Rayonun Katex kənd inzibati ərazisinin Kombinat yaşayış massivinə yağan güclü dolu və güclü külək səbəbindən bir-çox fərdi yaşayış evlərinin dam örtüyü yarasız hala düşüb. Sakinlərin həyətyanı sahəsindəki meyvə ağaclarına, bostan-tərəvəzinə ciddi ziyan dəyib. Güclü külək səbəbindən Balakən şəhəri H. Əliyev prospektində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini dağıdılıb. Şəhər ərazisində iki yerdə irigövdəli ağac yıxılıb. Rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb. Hazırda rayonun müvafiq təşkilat və idarə nümayəndələri hadisə yerində təmir-təmizlik işləri aparır, dəymiş ziyan hesablanır. Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR