DSX Akademiyasının kursantı necə həlak oldu?

# 15:45
14 fevral 2023

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının tələbəsi yol qəzasında həlak olub.

 

Bu barədə Xidmətin Mətbuat Mərkəzindən xəbər verilib.

 

Qeyd olunub ki, akademiyanın 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

 

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Ramiz Qəribov idarə etdiyi "QAZ-3102" markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 - cü il təvəllüdlü Laçın Mahmudovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR